ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının Rusiya və İran əleyhinə sanksiyaları özündə əks etdirən sənədi araşdırmaq üçün yay istirahətindən vaxtından əvvəl dönməsinə ehtiyac olmadığını vurğulayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Rambler" portalı məlumat yayıb.
Tramp, həmçinin qeyd edib ki, o, həmin qanun layihəsində yalnız məhdudiyyətlərin deyil, həm də İslam Respublikasına qarşı ticarət rüsumlarının yer almasını arzulayardı.
Ağ Ev liderinin fikrincə, sənədin təşəbbüskarı olan senator Lindsi Qrem də məhz bu yanaşmanı dəstəkləyərdi.
Xatırladaq ki, iyunun 30-da ABŞ Senatının Rusiya və İrana qarşı daha sərt məhdudiyyətləri nəzərdə tutan qanun layihəsinin təsdiqi istiqamətindəki ilkin prosedur əngəlini aşdığı barədə məlumat yayılmışdı.
Senator Lindsi Qremin ortaq müəllifliyi ilə ərsəyə gələn bu sənəd Rusiyadan enerjidaşıyıcıları alan beş ən iri müştəriyə 100 faizlik, eləcə də Rusiya Federasiyasından Birləşmiş Ştatlara edilən bütün idxal məhsullarına 500 faizə qədər gömrük rüsumunun tətbiq olunmasını tələb edir.