ABŞ hökuməti Venesuela Prezidenti Nikolas Maduronu edam cəzasının qüvvədə olduğu məhkəmə dairəsinə aparıblar. Nəzəri baxımdan, o, narkoterrorçuluq ittihamı ilə ölüm cəzasına layiq görülə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Nəşr bildirir ki, mövcud qanunvericiliyə görə, Nyu-Yorkun Cənub dairəsində terrorizm kimi bəzi federal qanun pozuntularına görə edam cəzası nəzərdə tutulur.
Nikolas Maduro və həyat yoldaşı Silia Flores narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi məlumat verib.
"Onlar tezliklə Amerika torpaqlarında, Amerika məhkəməsində ədalətin tam qəzəbinə tuş gələcəklər", - P.Bondi sosial media hesabında qeyd edib.
"Venesuela Prezidenti Nikolas Maduro öz cinayətlərinə görə ədalət qarşısında cavab verəcək".
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau öz "X" hesabında yazıb.
"Venesuela üçün yeni dövr. Tiran getdi", - deyə o, paylaşımda qeyd edib.
Həmçinin ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Maduronun həbsindən sonra ABŞ-nin Venesuelada əlavə tədbirlər görəcəyini gözləmir.
Rubionun sözlərinə görə, Venesuelaya qarşı hərbi əməliyyat Maduronun saxlanılması məqsədilə aparılıb.
Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasının fotosunu təqdim edirik:

ABŞ kəşfiyyat xidmətləri hava hücumundan müdafiə sistemlərininin söndürülməsi və hücum zamanı qeyri-aktiv olması üçün Karakasda zabitləri və digər şəxsləri rüşvətlə ələ ala biliblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Voyennoe delo" "Telegram" kanalı yazıb.
Qeyd edilib ki, daha əvvəl Venesuela Prezidenti Nikolas Maduronun yerinin açıqlanması üçün 50 milyon dollar təklif olunub.
Bildirilib ki, hərbi əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki olmayıb.
Həmçinin Venesuela hakimiyyəti Maduronun harada olduğunu bilmir və ABŞ-dən onun sağ olduğunu sübut etməsini tələb edir.
Bu barədə hazırda Venesuela liderinin yoxluğunda prezident səlahiyyətlərini icra edən vitse-prezident Delsi Rodriqes bildirib.
"ABŞ Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatı uğurla həyata keçirib. Maduro həyat yoldaşı Silia Flores ilə birlikdə ələ keçirilib və ölkədən çıxarılıb".
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial media hesabında məlumat verib.
"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüat sonradan açıqlanacaq. Bu gün yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 20:00-da red.) Mar-a-Laqoda mətbuat konfransı baş tutacaq. Diqqətinizə görə təşəkkür edirəm! Prezident Donald Tramp", - deyə Tramp bildirib.

"CBS News" xəbər verir ki, Maduro və həyat yoldaşı ABŞ-nin elit "Delta" hərbi bölməsinin döyüşçüləri tərəfindən ələ keçiriliblər.