ABŞ Prezidenti Donald Tramp Venesuela əməliyyatından sonra ölkə Prezidenti Nikolas Maduronun şəklini dərc edib.
Tramp Maduronun tutulduqdan sonra şəklini dərc edib
Oxu.Az xəbər verir ki, Ağ Evin rəhbəri fotonu "Truth Social" şəbəkəsində paylaşıb.
Şəkil "Iwo Jima" ABŞ gəmisində çəkilib.
Kadrda Venesuela prezidentinin idman geyimində və əlində su şüşəsi olduğu görünür. O, maska və qulaqlıq taxıb ki, bu da Maduronun ətrafında baş verənləri anlamaması üçündür.
