Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Maska qulaq asmayanları hədələdi
ABŞ dövlət qulluqçuları, əgər İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumət Effektivliyi Departamentinin (DOGE) tələbi ilə həftə ərzində yerinə yetirdikləri işlər barədə hesabat verməsələr, işdən çıxarılacaqlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə DOGE-nin sorğusuna laqeyd yanaşmağın nəticələrindən danışarkən xəbərdarlıq edib.
"Əgər cavab verməsəniz, işdən çıxarılacaqsınız", - deyə o qeyd edib.
Mask daha əvvəl bildirmişdi ki, onun idarəsi ABŞ dövlət qulluqçularına həftə ərzində gördükləri işlər haqqında beş əsas bənddən ibarət hesabat təqdim etməyi tələb edən elektron məktublar göndərir.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt fevralın 25-də dəqiqləşdirib ki, DOGE-nin sorğusuna artıq ən azı bir milyon insan cavab verib.
"Bu tələbin məqsədlərindən biri bu insanların ümumiyyətlə mövcud olub-olmadığını müəyyənləşdirməkdir. Bizim nəhəng bir hökumətimiz var, bu, milyonlarla insan deməkdir. Heç kəs bilmir ki, hökumətdə kim işləyir, kim işləmir. Əgər cavab vermirsinizsə, əslində cəza veriləcək, işiniz bitəcək", - deyə Tramp DOGE-nin sorğusuna cavab verməyin zəruriliyini izah edib.
Daha əvvəl məlumat verilmişdi ki, Federal Təhqiqat Bürosu (FTB), Pentaqon, Dövlət Departamenti, Milli Kəşfiyyat və Daxili Təhlükəsizlik nazirliyi də daxil olmaqla bir sıra idarələrin rəhbərliyi öz əməkdaşlarına DOGE-nin tələbinə cavab verməməyi tapşırıb.
"Hökumət Səmərəliliyi Departamenti (DOGE)" teqi üzrə xəbərlər
- İlon Mask dünyanın ən varlı adamı oldu
- Mask Mərkəzi Kəşfiyyat İdarəsində hesabat verdi
- İlon Mask pendir formalı qəribə papağı ilə ictimaiyyəti təəccübləndirdi
- "Tesla" dilerində partlayıcı qurğular tapıldı: Maskdan sərt AÇIQLAMA
- Baydenin dövründə ABŞ büdcəsi nə qədər itirib? - İlon Mask böyük məbləğ AÇIQLADI