Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

39 yaşlı Edin Ceko daha bir il "Fənərbağça"da qalacaq
İstanbul nəhənglərindən olan "Fənərbağça" klubu komandanın kapitanı Edin Ceko ilə yeni müqavilə imzalayacaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-lacivərt"lər ulduz futbolçuya daha bir illik müqavilə təklif ediblər.
39 yaşlı hücumçu özü də "Fənərbağça" klubunda qalmaq istədiyi üçün müqavilə şərtlərini qəbul edib.
Qeyd edək ki, Edin Ceko bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 38 oyunda 19 qol, yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
"Edin Ceko" teqi üzrə xəbərlər
Ən çox oxunanlar