ABŞ Prezidenti Donald Tramp Ağ Evin qızıldan hazırlanmış açarını ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk edən milyarder İlon Maska verib.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Mask və Tramp iş adamının ABŞ prezidenti administrasiyasını tərk etməsi münasibətilə birgə mətbuat konfransı keçiriblər.
ABŞ prezidenti bildirib ki, İlon Mask administrasiyasını həmişəlik tərk etməyəcək.
"Mən bura gəlməyə davam edəcəyəm, prezidentin dostu və məsləhətçisi olacağam", - Mask deyib.