Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tramp miqrantlarla bağlı qalmaqallı praktikanı ləğv etdi
ABŞ prezidenti Donald Tramp ailələrin ayrı düşməməsi üçün qanunsuz miqrantların sərhəddə övladları ilə birgə saxlanılması ilə bağlı fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Fərmana görə bundan başqa miqrant uşaqların işlərinə birinci növbədə baxılacaq. Habelə Ağ Ev rəhbərinin sözlərinə görə bu Vaşinqtonun qanunsuz miqrasiyaya qarşı “sıfır təmkinlilik” siyasətini ləğv etdiyi anlamına gəlmir.
Oval kabinetdə sənədin imzalanmasında daxili təhlükəsizlik naziri Kirsten Nilsen və vitse-prezident Mayk Pens də iştirak edib.
Xatırladaq ki, aprel ayında ABŞ ədliyyə nazirliyi qeyri-leqallara, o cümlədən qanunsuz miqrantların övladlarına qarşı “sıfır təmlinlilik” siyasəti elan edib.
Saxlanılmış valideynlər həbsxanalara göndərilir və barələrində cinayət işi açılır, övladları isə uşaq evlərinə yerləşdirilir.
Bu praktika ölkədə böyük qalmaqala səbəb olmuş, insan haqları fəallarının ciddi etirazına yol açmışdı.
Məlumata görə təkcə aprel-may ayları ərzində bu praktikaya görə iki mindən çox insan valideynlərindən didərgin düşüb.
F.M.
www.oxu.az
"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampın komandasında Rusiyanın dialoq qura biləcəyi üç "ağıllı adam" kimdir?
- Mask Konqresi Milad tətilinə daha gec getməyə məcbur etdi
- Qərb sülhə mane olur, Tramp Paşinyanı Moskvanın qucağına itələyir
- Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"
- Trampın açıqlaması Panamada kəskin etirazla qarşılanıb: ABŞ bayrağı yandırılıb
Rəylər