Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü təkbətək deyil, "üçün üçə" formatında keçiriləcək.
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt deyib.
Bildirilir ki, liderlərin görüşü nazirlərin iştirakı ilə baş tutacaq.
Onun sözlərinə görə, ABŞ-nin dövlət katibi Marki Rubio və xüsusi nümayəndə Stiv Uitkoff görüşdə Trampa qoşulacaqlar.