"ABŞ Prezidenti Donald Tramp, lazım olarsa, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşə hazırdır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Ağ Evdə jurnalistlərlə söhbətində təsdiqləyib.
"Əgər bu vacibdirsə", - deyə Tramp adıçəkilən üçtərəfli görüşün perspektivlərini şərh edib.
"Hazırkı mərhələdə biz Prezident Putinlə görüş üzərində işləyirik. Görək, işlər necə gedir. Mənə elə gəlir ki, hər şey yaxşıdır, amma yenə də baxaq", - o qeyd edib.