Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin son matçı keçirilib.
Oxu.Az xəbər verir ki, Serbiya komandası Gürcüstan üzərində qələbədən sonra növbəti mərhələyə vəsiqə qazanıb.
Milli Gimnastika Arenasında baş tutan matçda Serbiya rəqibini 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsində daha bir matç reallaşıb.
Oxu.Az xəbər verir ki, Çexiya İsraili məğlub edərək 1/4 finalda iştirak hüququ qazanıb.
Milli Gimnastika Arenasında keçirilən görüş Çexiya komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında Bosniya və Herseqovina ilə Tailand komandaları üz-üzə gəliblər.
Qarşılaşma Bosniya və Herseqovina millisinin qələbəsi ilə başa çatıb - 3:1.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin növbəti matçı keçirilib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında Monteneqro yığması Polşa ilə üz-üzə gəlib.
Qarşılşama Monteneqro komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bu gün Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçiriləcək.
Belə ki, Monteneqro Polşa seçməsi ilə, Bosniya və Herseqovina yığması Tailand millisi ilə, Çexiya yığması İsrail seçmə komandası ilə, Serbiya millisi isə Gürcüstan yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk oyun günündə Azərbaycan, İngiltərə, Macarıstan və Mavritaniya yığmaları dörddəbir final mərhələsinə vəsiqəni təmin ediblər.
28 may
Minifutbol üzrə dünya çempionatı
1/8 final mərhələsi
Saat 17:30, Monteneqro - Polşa;
Saat 19:00, Bosniya və Herseqovina - Tailand;
Saat 20:30, Çexiya - İsrail;
Saat 22:00, Serbiya - Gürcüstan.