Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Putinlə münasibətlərin kəskinləşməsi barədə fikirlərə aydınlıq gətirdi
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərinin kəskinləşməsi iddiası ilə razılaşmayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, dövlət başçısı bu barədə Ağ Evin mətbuat korpusu jurnalistləri ilə görüşü zamanı danışıb.
Müxbirlər ABŞ liderindən Rusiya prezidenti ilə hazırkı münasibətlərinin bütün dövrlər üzrə "ən aşağı nöqtəyə" çatıb-çatmadığını soruşublar. Cavabında Tramp belə düşünmədiyini bildirib.
"Mən düşünmürəm ki, o, öz sözlərindən imtina edəcək. Siz Putindən danışırsınız", - deyə Ağ Evin sahibi əlavə edib.
Dövlət başçısının sözlərinə görə, o, Rusiya lideri ilə çox uzun müddətdir tanışdır.
Qeyd edək ki, martın 27-də Rusiya prezidenti Ukraynanın bütün indiki rəhbərliyini qeyri-leqal adlandırıb. Putinin sözlərinə görə, bu ölkənin konstitusiyasına görə, bütün idarəetmə dövlət başçısı tərəfindən təyin edilir. Bununla əlaqədar, əgər Ukrayna lideri Volodimir Zelenski öz legitimliyini itiribsə, deməli, qalanları da bundan məhrum olublar.
Tramp isə Ukrayna hakimiyyətinin nüfuzunu şübhə altına alan rusiyalı həmkarının şərhlərinin onu çox qəzəbləndirdiyini bildirib.