Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığının bəzi təfərrüatını açıqlayıb.
Oxu.Az bu barədə RBK-ya istinadla xəbər verir.
Onun sözlərinə görə, Putin həmkarını sabah ABŞ-də qeyd olunacaq Müstəqillik Günü münasibətilə təbrik edib və "Rusiyanın Amerika dövlətçiliyinin təşəkkülündə mühüm rol oynadığını" vurğulayıb.
"Təbii ki, Ukrayna məsələsi müzakirə olunub. Tramp hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini yenidən qaldırıb. Putin qeyd edib ki, biz münaqişənin siyasi danışıqlar yolu ilə həllini axtarmağa davam edirik", - deyə Uşakov bildirib.
Müzakirə olunan mövzular arasında həmçinin Suriya, İran və bütövlükdə Yaxın Şərqdəki vəziyyət də olub.
"Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında növbəti telefon danışığı başa çatıb".
Oxu.Az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, liderlər arasında telefon danışığı təxminən bir saat davam edib.
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hələlik danışıqlar gedir", - deyə o vurğulayıb.
Peskovun sözlərinə görə, Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığından sonra brifinq keçirməyi planlaşdırır.
Qeyd edək ki, bu, iki ölkə lideri arasında son ay yarım ərzində dördüncü telefon danışığıdır.
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" hesabında məlumat verib.
Tramp bildirib ki, danışıq Vaşinqton vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.

Bundan əvvəl, Rusiya Prezidenti Vladimir Putin də iyulun 3-ü axşamı ABŞ Prezidenti Donald Trampla telefon danışığı planlaşdırdığını açıqlayıb. O, həmçinin rus brendlərinin inkişafını nümayiş etdirən sərgidə çıxışı zamanı Trampla aparılacaq söhbətdə Amerikanın bazarına bu materialların təqdim olunmasını təklif edəcəyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə açıqlamasında iyulun 3-ü axşam saat 18:00-19:00 arası beynəlxalq telefon danışığının keçiriləcəyini və bunun barədə əlavə məlumatın veriləcəyini qeyd edib. Lakin danışığın tərəfləri barədə dəqiq məlumat verməyib.