Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp Rusiya-Ukrayna qarşıdurmasının "Baydenin müharibəsi" olduğunu deyib
ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən böhranın Vaşinqton administrasiyasının əvvəlki başçısı Co Baydenin müharibəsi olduğunu deyib və bunu unutmamağı xahiş edib.
Oxu.Az-ın verdiyi məlumata görə, o, öz təyyarəsində Ağ Evin mətbuat korpusunun jurnalistləri ilə söhbət zamanı bu fikri səsləndirib.
"Bu, Baydenin müharibəsidir. Bu, mənim müharibəm deyil. Mən burada çox qısa müddətdir ki, varam. Bu, Bayden dövründə olan müharibədir", - deyə Tramp bildirib.
O eyni zamanda qeyd edib ki, sadəcə çoxlu həyatları xilas edə bilmək üçün bu müharibəni dayandırmağa çalışır.
Tramp, Baydenin milyardlarla dollar xərcləyərək bu müharibəyə icazə verdiyini vurğulayıb.
"O (Bayden) buna icazə verməməli idi. Əgər onun azacıq beyni olsaydı, hansı ki, olmayıb və yoxdur, indi isə bu sübut olunub, - o buna yol verməzdi", - deyə ABŞ lideri yekunlaşdırıb.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- Hüseyn İsayev Rusiya-Ukrayna müharibəsində həlak olub
- Peskov: "Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar çətin gedir"
- Ukrayna MSK rəhbəri: "Prezident seçkisinin vaxtını uzatmaq olmaz"
- Rusiya ordusu Donetskdə daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
- "Baydenin müharibəsi"ni Tramp davam etdirə bilər