Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şəmkirdə dəm qazından zəhərlənən ər və arvadın vəziyyəti AÇIQLANDI
Şəmkirdə dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, onlar artıq ambulator müalicə üçün evə buraxılıblar:
"Aprelin 13-ü, saat 21:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə iki nəfər (biri qadın cinsli, biri kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə hospitalizasiya olunub.
Hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Aygün Mirakif
Şəmkirdə iki nəfər dəm qazından zəhərlənib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.
Məlumata görə, rayon sakinləri 45 yaşlı V.Hüseynov və arvadı 34 yaşlı S.Hüseynova evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Murad Həsənov