Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Mançester Yunayted" ciddi itki ilə üzləşib
İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Coşua Zirkze bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Ruben Amorim klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis 23 yaşlı futbolçunun bir neçə oyuna çıxa bilməyəcəyini söyləyib.
Premyer Liqanın XXXII turunda "Nyukasl"la matçın (1:4) 55-ci dəqiqəsində budundan zədə alan futbolçu oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, C.Zirkze bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə meydana çıxdığı 48 oyunda 7 qol və 3 məhsuldar ötürməyə imza atıb.
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Arsenal"dan darmadağın, "Çelsi"dən geridönüş, "Mançester Yunayted" uduzdu
- "Mançester Yunayted"dən Avropa kubokları tarixində unikal nailiyyət
- UEFA Avropa Liqası: Dörd yarımfinalçıdan ikisi İngiltərə komandası oldu
- UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
- "Mançester Yunayted" Aleks Ferqyusondan sonrakı dövrdə bərbad göstəricyə imza atıb
Ən çox oxunanlar