ABŞ Prezidenti Donald Tramp Rusiya banklarına qarşı sərt sanksiyaların tətbiqini, eləcə də neft tədarükü ilə bağlı yeni addımların və rüsumların artırılmasını mümkün hesab etdiyini vurğulayıb.
Oxu.Az xəbər verir ki, o bu barədə "Fox News" telekanalına açıqlamasında söyləyib.
D.Tramp əlavə edib ki, artıq yeddi silahlı münaqişənin həllinə nail olub.
"Mən (yanlış olaraq) düşünürdüm ki, Ukrayna və Rusiya məsələsi daha asan olacaq", - deyə o şikayət edib.
ABŞ liderindən Rusiya Prezidenti Vladimir Putinə qarşı səbrinin tükənib-tükənmədiyini soruşublar. Tramp Vladimir Putinə qarşı olan səbrinin tükəndiyini təsdiq edib.