Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tramp Rusiyaya ultimatum verdi
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunmayacağı təqdirdə Rusiya ixracına yeni rüsumlar və sanksiyalar tətbiq etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"Əgər biz tezliklə razılıq əldə etməsək, mənim Rusiyanın ABŞ-yə və bu işdə iştirak edən digər ölkələrə satdığı hər məhsula yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq", - dövlət başçısı qeyd edib.
Tramp Rusiya tərəfinə "çox böyük yaxşılıq" etməyə hazır olduğunu bildirib.
"İndi qərara gəlin və bu mənasız müharibəni dayandırın. Yoxsa vəziyyət daha pis olacaq", - o yazıb.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
- Ekvador öz ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsində maraqlıdır
- Tramp Ukrayna üzrə xüsusi elçisini təyin etdi
- Tramp əmr etdi: Husilərə qarşı hərbi əməliyyatlar başladı
- Paşinyan Rusiyadan NƏ İSTƏYİR? - Tramp İrəvanın planını DƏYİŞDİ