Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ölkəyə gətirilən portağallar təhlükə saçır - İDDİA
Xaricdən gətirilən portağalların qabığından mənşəyi bəlli olmayan qırmızı rəng çıxır. Lakin bu hal yerli portağallarda müşahidə olunmur.
Oxu.Az xəbər verir ki, Baku TV-nin əməkdaşı bunu sakinlər arasında əyani sınaqdan keçirib.
Onlardan biri qarşılaşdığı mənzərə qarşısında bunları söyləyib:
"Belə şey görməmişik. Çox sağ olun ki, biz yatanları oyatdınız, xəstəliyə məruz qala bilərdik".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, sözügedən rəngin mənşəyini yalnız ciddi laboratoriya araşdırması ilə müəyyən etmək olar:
"Ola bilər ki, həmin portağallar müəyyən hibrid və ya yeni yetişdirilmiş sort olsun. Eyni zamanda, bu hal portağalın yetişdirildiyi iqlim şəraitindən də asılı ola bilər və ya ona tez yetişməsi üçün hansısa maddənin vurulması da mümkündür".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə qeyd edilib ki, məsələ nəzarətə götürülərək araşdırmalara başlanılıb. Nəticələrdən asılı olaraq qanunauyğun tədbirlər görüləcək.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Restoranlara neçə kiloqramlıq heyvan sərf edir? - Qəssablar qiymətdən DANIŞDILAR
- USAID-in Azərbaycandakı fəaliyyəti DAYANDIRILDI?
- Şabrandakı məktəbdə NƏ BAŞ VERİR?
- Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq - Türk tarixinin izi
- Vaqonda yaşayan kimsəsiz kuryer: "Bizi adam yerinə qoymurlar"
Rəylər