Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan və İran "Şimal-Cənub" dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirirlər
Azərbaycan və İran nəqliyyat və ticarətin inkişafı üzrə əsas sazişlər imzalayaraq "Şimal-Cənub" dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar.
Oxu.Az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır.
Onun sözlərinə görə, Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə arasında yükdaşımalarda strateji mövqe tutur. Bu məsələdə tam qarşılıqlı anlaşma dəhliz layihəsinin inkişafına və tamamlanmasına kömək edir.
Üçillik fasilədən sonra keçirilmiş iclasda tərəflər preferensial ticarət, avtomobil və dəmir yolu daşımaları, həmçinin ölkələr arasında aviareyslərin sayının artırılması haqqında bir sıra sazişlər imzalayıblar. Həmçinin qeyd edilib ki, bu layihənin tamamlanması 15 milyon ton tranzit həcminə çatmağa imkan verəcək.
Görüşdə İran və Azərbaycanın dəmir yolu qurumları arasında Astarada dəmir yolu terminalının tikintisinin tamamlanması haqqında saziş imzalanıb ki, bu da "Şimal-Cənub" dəhlizinin reallaşdırılması yolunda mühüm addım olacaq.
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi" teqi üzrə xəbərlər
- Pezeşkian: "İran Rəşt-Astara marşrutunun tikintisini prioritet hesab edir"
- Rusiya Şimal-Cənub dəhlizi ilə daşımalara dair sazişi dəstəkləyib
- Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin etdi
- İran və Rusiya Azərbaycanla sərhəddən Fars körfəzinədək dəmir yolunun çəkilişini müzakirə edirlər
- Ramazan Abdulatipov: "Azərbaycan və Dağıstan logistikanın inkişafı üzrə aktiv iş aparır"