ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpini bəyəndiyini, lakin onunla danışıqlar aparmağın son dərəcə çətin keçdiyi qənaətində olduğunu bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ lideri "Truth" sosial şəbəkəsində yazıb.
"Mən ÇXR sədrini bəyənirəm, həmişə bəyənmişəm və həmişə də bəyənəcəyəm, lakin o, çox inadkardır və onunla danışıqlar aparmaq son dərəcə çətindir", - deyə Tramp qeyd edib.