Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tramp "Titanik" filminin saundtreki ilə bağlı qalmaqal yaşayır
Kanadalı müğənni Selin Dion ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın təşviqat tədbirlərində onun "Titanik" filminin saundtreki olan "My Heart Will Go On" mahnısından istifadəni icazəsiz adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) müğənninin "X" hesabındakı açıqlamaya istinadən yazır.
Məlumata görə, Dionun "My Heart Will Go On" mahnısını ifa etdiyi video avqustun 9-da Montana ştatında keçirilən seçki mitinqində yayımlanıb və bundan sonra "Sony Music Entertainment Canada" səsyazma şirkəti bundan xəbər tutub. Dionun komandası hadisəni müəllif hüquqlarının pozulması hesab edib.
"Belə bir istifadəyə heç bir şəkildə icazə verilmir və Selin Dion bunu və ya buna bənzər bir şeylə razı deyil. Həqiqətən, BU mahnı?" - paylaşımda qeyd olunub.
Qeyd olunur ki, mahnının batan gəmi ilə əlaqəsi Trampın kampaniyası haqqında zarafatlara səbəb olub.
Xatırladaq ki, Dion respublikaçıların mitinqlərində mahnılarının istifadəsinə qarşı çıxış edən ilk sənətçi deyil. Məsələn, müğənnilər Adel və Rihanna, "Aerosmith" rok qrupu və reper Farrell Uilyams tədbirlərdən kompozisiyalarını çıxarmağı xahiş ediblər.
Today, Celine Dion’s management team and her record label, Sony Music Entertainment Canada Inc., became aware of the unauthorized usage of the video, recording, musical performance, and likeness of Celine Dion singing “My Heart Will Go On” at a Donald Trump / JD Vance campaign… pic.twitter.com/28CYLFvgER
— Celine Dion (@celinedion) August 10, 2024
Rəylər