Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Taliban" Əfqanıstanda yeni bayram icad edib
"Taliban" hökuməti Əfqanıstanda yeni bayramın təsis edildiyini bəyan edib.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, avqustun 14-ü prezident Əşrəf Qani hökumətinin devrilməsinin ildönümünü qeyd etmək üçün rəsmi bayram elan edilib.
Bildirilib ki, "Əfqan cihadının işğala qarşı qələbəsinin" üçüncü ildönümü qeyd ediləcək.
Xatırladaq ki, 2021-ci ildə ABŞ və müttəfiq qoşunları 20 illik mövcudluqdan sonra Kabili tərk edib. Şəhər "Taliban"ın nəzarətinə keçib.
"Taliban hərəkatı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar