ABŞ prezidenti Donald Tramp ABŞ ordusunu Əfqanıstandan çıxarmağa hazır olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
O bildirib ki, ölkədəki durumun nizamlanması ilə bağlı sülh anlaşmaları əldə olunsa, ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa hazırdır.
Tramp həmçinin əlavə edib ki, bu anlaşmalar Əfqanıstanda 17 illik müharibəyə son qoymalıdır.