ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Venesuelanın xəritəsinin yer aldığı və üzərində "51-ci ştat" yazısı olan paylaşım edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Trampın paylaşdığı fotokollajda Venesuela ərazisi ABŞ bayrağının rəngləri ilə təsvir olunub. ABŞ prezidenti bundan əvvəl də, o cümlədən bu ilin may ayında, sosial şəbəkə hesabında eyni görüntünü paylaşmışdı.
Qeyd olunur ki, Donald Tramp daha əvvəl Venesuela, Kanada və Danimarkaya məxsus muxtar ərazi olan Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil ola biləcəyi ilə bağlı fikirlər səsləndirmişdi.
Xatırladaq ki, iyul ayında Tramp Venesuelanın faktiki idarəçiliyinin hazırda ABŞ-nin energetika naziri Kris Rayt tərəfindən həyata keçirildiyini iddia edib.
