Sloveniya Prezidenti Nataşa Pirts Musar avtomobil qəzasına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin prezident administrasiyası məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı Xorvatiyadakı məzuniyyətdən qayıdarkən yol-nəqliyyat hadisəsinə düşüb. Qəza nəticəsində o, yüngül xəsarət alıb və İzola şəhər xəstəxanasına yerləşdirilib. Daha sonra prezident evə buraxılıb.
24UR telekanalının məlumatına görə, Nataşa Pirts Musara körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Kanalın iddiasına əsasən, prezident təhlükəsizlik kəmərini taxmadığı üçün xəsarət alıb.
Qaynar xətt:
(055) 224 12 12