Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiyanın "Radniçki Niş" kollektivi ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma Bakı təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 0:3. Görüşdə "ağ-qaralar"ın qollarını Breno Almeyda (dubl) və Ağadadaş Salyanski vurublar.
Xatırladaq ki, "Neftçi" Sloveniya toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Serbiyanın "Partizan" (0:1) və Rumıniyanın "ÇFR Kluj" (1:2) komandalarına məğlub olmuşdu.
Qaynar xətt:
(055) 224 12 12