ABŞ Prezidenti Donald Trampa qarşı sosial şəbəkələrdə təhdid mesajı yazan ölkə vətəndaşı həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı Nik Quadalupe ("Kruz-Lopez") internet platformasında "AR-15" markalı silahla çəkdirdiyi şəklini yayımlayıb və Trampa yönəlik hədələyici sözlər yazıb.
Florida ştatının Orta Dairə Prokurorluğu tərəfindən verilən açıqlamada həmin şəxsin aprel ayının 2-də hüquq-mühafizə orqanları tərəfindən tutulduğu bildirilir. Əgər ittihamlar təsdiqini taparsa, onu maksimum beş il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gənci buna sövq edən qüvvələrin olub-olmaması da araşdırılır.
Xatırladaq ki, bundan öncə ABŞ-nin dövlət başçısına qarşı sui-qəsd cəhdi etməkdə günahlandırılan Rayan Rout adlı ABŞ vətəndaşı məhkəmənin qərarı ilə ömürlük həbs olunub.