Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Trampın böyük oğlu gələcək administrasiyada vəzifəsindən imtina etdi
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp ABŞ-nin yeni administrasiyasına qatılmayacaq, bunun əvəzinə o, "1789 Capital" şirkətində işləyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, siyasətçinin oğlunun gedəcəyi şirkət mühafizəkaryönümlü şirkətlər sərmayə qoyur. Agentlik yazır ki, kiçik Donald Tramp Ohayo senatoru Ceyms Devid Vensi Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi kimi irəli sürərək, atasının seçki kampaniyasında fəal rol oynayıb.
Xatırladaq ki, kiçik Tramp daha çox "Trump Organization"da işləyib. Bundan əlavə, siyasətçinin oğlu bu yaxınlarda atası və iki qardaşı ilə birlikdə "World Liberty Financial" kriptovalyuta layihəsində iştirak edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Vaşinqtonda yeni planın konturları cızılır: Tramp böyük güzəşt barədə düşünür
- Tramp vəzifəyə başlayır, Rusiya-Ukrayna müharibəsi bitir?
- Tramp Baydenin əfvi ilə əlaqədar saxtakarlıq işinin bağlanmasını tələb edib
- Tramp Kanada bayrağı fonunda şəkil paylaşdı: Ölkəni ABŞ-yə qatacağına işarə edir, ya zarafat edir?
- İranlı hakerlər Trampın FTB-yə namizəd olan ən sadiq tərəfdarının yazışmalarını ələ keçiriblər
Rəylər