Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Trampın göstərişi ilə KİV-lə müqavilələr ləğv ediləcək
ABŞ federal hökumətinin əsas funksiyalarının idarə edilməsi və dəstəklənməsi ilə məşğul olan Ümumi Xidmətlər Administrasiyası kütləvi informasiya vasitələri (KİV) ilə bütün müqavilələri ləğv etməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Belə ki, Donald Tramp administrasiyasının nümayəndəsi Ümumi Xidmətlər Administrasiyasına ünvanladığı elektron məktubda "Politico", BBC, "E&E" ("Politico"nun bölməsi) və "Bloomberg" üçün bütün müqavilələrin geri çağırılmalı olduğunu yazıb.
Xatırladaq ki, Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask ötən gün "X" sosial şəbəkəsində ABŞ-nin icra hakimiyyəti orqanları "Politico", "The New York Times" (NYT) qəzetlərinin və "Associated Press" xəbər agentliyinin maliyyələşdirilməsini dayandıracağını elan etmişdi.
Rəylər