Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Trampın Inla görüşünün əsas şərti məlum oldu
ABŞ Şimali Koreyadan nüvəsizləşdirmə ilə bağlı yeni addımlar gözləyir və ona görə də ölkə liderlərinin daha bir görüşünü istisna etmir.
Oxu.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
O bildirib ki, Kim Çen In Cənubi Koreya prezidentinə yarımadanı bir ilə nüvəsizləşdirə biləcəyini deyib:
“Düşünürdüm ki, onlar bunu daha tez edəcəklər. Lakin bir il də pis deyil. Biz hələ də onlardan addımlar gözləyirik. Prezidentlər arasında yeni görüşün keçirilməsi imkanı var. Lakin Tramp Şimali Koreyanı açıq saxladığı qapıdan girməyi məcbur edə bilməz. Biz nüvəsizləşdirmə ilə bağlı addımlar gözləyirik”.
Qeyd edək ki, ABŞ və Şimali Koreya liderlərinin ilk görüşü bu il iyunun 12-də Sinqapurda baş tutub.
Rəylər