ABŞ Hərbi Hava Qüvvələri Florida ştatında Prezident Donald Trampın iqamətgahı üzərində uçuşlar üçün müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəyə müdaxilə etməkdən ötrü "F-16" qırıcısını havaya qaldırıb.
Oxu.Az bildirir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) "X" sosial şəbəkə hesabında məlumat verib.
Bəyanatda qeyd olunur ki, mülki təyyarə bu zonadan təhlükəsiz şəkildə çıxarılıb. Hadisə yerli vaxtla 16:20-də (Bakı vaxtı saat 01:20-də - red.) baş verib.
Qeyd edək ki, Trampın iqamətgahı Palm Biç şəhərində yerləşir.
Today, a NORAD F-16 fighter jet intercepted a civilian aircraft violating a temporary flight restriction airspace over Palm Beach, FL. The aircraft was safely escorted out of the area.
— North American Aerospace Defense Command (@NORADCommand) November 30, 2025
Pilots: Check NOTAMs befoe flying to avoid TFR violations! https://t.co/bHeUtCjPXk