Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Trampın İstanbula getməsi üçün şərt açıqlandı
"Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin Moskva və Kiyev nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcəyinə ümid edir".
Oxu.Az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu halda ABŞ lideri Donald Tramp da görüşdə iştirak edəcək.
K.Kelloq əlavə edib ki, Türkiyədə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar faydalı görüş ola bilər.
Xatırladaq ki, mayın 11-də V.Putin Kiyevə mayın 15-də İstanbulda ilkin şərt olmadan danışıqları bərpa etməyi təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski görüşdə şəxsən iştirak etməyə hazır olduğunu deyib.
"Kit Kelloq" teqi üzrə xəbərlər
- Trampın nümayəndəsi: "Rusiyaya qarşı yeni sanksiyalar hazırdır"
- Tramp və xüsusi nümayəndəsi Putinin Ukrayna ilə bağlı mövqeyini qəbul edirlər
- Kelloq: "ABŞ NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsini dayandırmağa hazırdır"
- Rusiya-Ukrayna münaqişəsindəki ümumi itkilər açıqlandı
- Ukrayna sülhün bağlanması üçün şərtlərini ABŞ-yə təqdim edib