Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

MDB ölkələrində silahlara nəzarət məsələləri müzakirə edildi
MDB ölkələrinin xarici işlər nazirliklərinin nümayəndələri silahlara nəzarət və kosmosda silahlanma yarışının qarşısının alınması məsələlərini müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Minskdə keçirilən nazirliklərarası məsləhətləşmələrlə bağlı açıqlamasında qeyd olunub.
Açıqlamada deyilir ki, görüş zamanı silahlara nəzarət mövzusunda hərtərəfli fikir mübadiləsi aparılıb. İştirakçılar müxtəlif çoxtərəfli platformalarda əməkdaşlıq, kosmosda silahlanma yarışının qarşısının alınması, süni intellekt texnologiyalarının hərbi sahədə tətbiqi, kimyəvi silahların yayılmasına nəzarət, habelə etimadın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Rusiya XİN-in məlumatına görə, görüşdə Azərbaycan (müşahidəçi kimi), Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Tərəflər MDB çərçivəsində və çoxtərəfli platformalarda mövzu ilə bağlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"
- Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
- MDB Hökumət Başçıları Şurasının növbəti iclası Minskdə keçiriləcək
- Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir
- Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub