Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Trampın komandasında Rusiyanın dialoq qura biləcəyi üç "ağıllı adam" kimdir?
"Rusiya hakimiyyəti üçün ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyasının nümayəndələrindən hər hansı biri ilə konstruktiv dialoq qurmaq son dərəcə çətin olacaq".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri keçmiş ABŞ-li diplomat Cim Catras "RIA Novosti"yə müsahibəsində deyib.
Cim Catras hesab edir ki, ABŞ-nin yeni hökumətində elə də çox "ağıllı insan" olmayacaq.
"Bu da Rusiya ilə ABŞ arasında münasibətlərin qurulması imkanlarını çətinləşdirəcək", - deyə o bildirib.
Diplomatın sözlərinə görə, dövlətlər arasında əməkdaşlıqla bağlı hər hansı irəliləyiş gözlənilmir.
"Onlar (Rusiya rəsmiləri) özlərini elə aparırlar ki, sanki Trampın administrasiyasında dialoq apara biləcəkləri ağıllı birinin olacağına ümid edirlər", - deyə keçmiş diplomat qeyd edib.
Cim Catras, həmçinin işgüzar əlaqələrin qurula biləcəyi üç nəfərin adını çəkib ki, bunlar Tulsi Qabbard, kiçik Robert Kennedi və Cey Di Vensdir.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Peskov: "Ər-Riyadda Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü müzakirə ediləcək"
- Acı reallıq və Zelenskinin faciəsi: Keçmiş olsun...
- İlon Maskın qurumu amerikalıların maliyyə məlumatlarını əldə etmək istəyir
- HƏMAS silahlı mübarizəni dayandırır?
- ABŞ-də səhiyyə sahəsində böhran: Yüzlərlə əməkdaş işdən çıxarıldı
Rəylər