Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib
Dekabrın 25-də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təşkilatçılığı ilə media nümayəndələri arasında ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə birgünlük təlim keçirilib.
Oxu.Az xəbər verir ki, təlim iştirakçılarına Azərbaycan Respublikasında əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, həm ipoteka kreditləşməsi, həm də satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə ümumilikdə 60 minə yaxın ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70%-dən çoxunu gənclər təşkil edir.
Media nümayəndələrinə, həmçinin İKZF-nin həyata keçirdiyi sahibkarlığa dəstək alətləri təqdim edilib.
Bildirilib ki, indiyədək fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib ki, onların da hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub. Təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim edilib.
Aygün Mirakif
"İpoteka və Kredit Zəmanət Fondu (İKZF)" teqi üzrə xəbərlər
- Deputat: "Gələn ildən daha çox vətəndaşımız ipoteka kreditindən faydalana biləcək"
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq
- Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
- Bu xəbərləri qaçırmayın: 09.10.2024-ün ən mühüm hadisələri
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard manatdan çox oldu