Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Trampın rəqibi namizədliyini onun xeyrinə geri götürdü
Florida ştatının qubernatoru Ron Desantis bazar günü Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizəni tərk etdiyini və yarışda öndə gedən keçmiş prezident Donald Trampı dəstəkləyəcəyini açıqlayıb.
O, qərarını “X” hesabında elan edib. Qubernator ikinci ştatda, Nyu-Hempşirdə Respublikaçılar partiyasının ilkin seçkilərinə (praymeriz) cəmi iki gün qalmış seçkidən çıxıb.
Tramp Desantisə dəstəyə görə təşəkkür edib.
“Mən Ron Desantisi - həqiqətən də heyrətamiz insanı möhtəşəm prezident kampaniyasına görə təbrik etmək istəyirəm. O, çox lütfkardır və məni dəstəklədi. Mən bunu yüksək qiymətləndirirəm və saxtakar Co Baydenə qalib gəlmək üçün Ron ilə işləməyi səbirsizliklə gözləyirəm”, - deyə Tramp deyib.
Hazırda Trampın Respublikaçılar Partiyasından namizədlik uğrunda mübarizədə rəqibi Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-nin BMT-dəki keçmiş səfiri, hindistanəsilli amerikalı Niki Heylidir.
Mənbə: BBC
Rəylər