ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi işi üzrə məhkəməyə verildiyi üçün hökumətdən 50 milyon dollar təzminat tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi yaydan bəri ounla razılaşmağa çalışır. Flinn iddianı 2023-cü ildə qaldıraraq, keçmiş xüsusi müşavir Robert Müller tərəfindən haqsız yerə hədəf alındığını iddia edib.
Flinn öz vəzifəsində 23 yanvar - 13 fevral 2017-ci il tarixlərində çalışıb. O, guya ABŞ-nin ovaxtkı vitse-prezidenti Mayk Pensi Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla söhbətləri barədə tam məlumatlandırmadığı üçün istefa verməyə məcbur edilib. Tramp Flinnin istefa qərarından təəssüfləndiyini bildirib.