ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının bərpasına nəzarət etmək üçün yaratdığı Sülh Şurası öz fəaliyyətinin ilk praktiki nəticələrini yekunlaşdırıb.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, ilk tikinti müqaviləsi Mərakeş hərbçilərinin yerləşdirilməsi üçün 150 nəfərlik kiçik hərbi məntəqənin tikintisini nəzərdə tutur.
Məlumata əsasən, tenderin qalibi daha əvvəl İraqda ABŞ hökuməti üçün podrat işləri yerinə yetirən "Arkel International" şirkəti olub. Şuranın özündə və Qəzzanın İdarə Edilməsi üzrə Fələstin Milli Komitəsində sövdələşmənin yekunlaşma mərhələsində olduğunu və hüquqi baxımdan hələ bağlanmadığını vurğulasalar da, layihənin təfərrüatı artıq bəllidir.
Baza İsraillə sərhəddən təxminən 1.5 km məsafədə, Qəzza zolağının İsrail Müdafiə Ordusunun (SAXAL) nəzarətində olan 60%-lik ərazisində yerləşəcək. Məntəqə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) tərkibinə daxil olmalı olan Mərakeş qoşun kontingentinin yerləşdirilməsi üçün nəzərdə tutulub.