ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In arasında ikinci görüş İsveçrədə keçirilə bilər.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, görüş Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı müzakirələrə həsr olunacaq.
Xatırladaq ki, iyunun 12-də Sinqapurda Donald Trampla Kim Çen In arasında ilk görüş keçirilib.
Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Rəylər