ABŞ-nin AECOM şirkəti Ermənistan baş nazirinin müavini Mqer Qriqoryana və dövlət idarəetmə orqanlarının nümayəndələrinə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim edib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hökumətdə keçirilən görüşdə dəmir yolu infrastrukturu, eləcə də enerji infrastrukturlarının, rabitə xətlərinin və avtomobil yollarının funksional imkanları üzrə ilkin təhlil təqdim olunub.
Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın növbəti mərhələlərinin hazırlanması ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə edilib.
Qeyd olunur ki, cari il ərzində AECOM şirkətinin nümayəndələri TRIPP infrastrukturlarının çəkiləcəyi Ermənistanın Mehri bölgəsinə bir neçə dəfə səfər ediblər.