Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı terrorçulara qarşı aparılan son döyüşlər barədə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, məlumata görə, cümə günü yerli vaxtla saat 04:50 radələrində Hakkari əyalətinin Çukurca bölgəsində terrorçularla döyüşdə türk ordusu 6 şəhid verib, daha 8 əsgər yaralanıb.
Terrorçularla mübarizə üçün bölgəyə göndərilən “Kobra” tipli helikopter isə yerli vaxtla saat 05:50-də Çukurca bölgəsində qəzaya uğrayıb.
Baş Qərargahın məlumatına görə, texniki səbəbdən yaranmış qəza nəticəsində iki pilot şəhid olub.
Terrorçulara qarşı mübarizə məqsədilə bölgəyə F-16 qırıcı-bombardmançısı, helikopter eskadrilyası, pilotsuz uçan aparatlar göndərilmiş və hazırkı vaxtadək endirilən zərbələr nəticəsində 6 terrorçu məhv edilib.
Türkiyə ordusunun əməliyyatları davam edir.
10:31
Türkiyənin cənubi-şərqində, Hakkari əyalətində hərbi helikopter qəzaya uğrayıb və iki pilot həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.
Hakkari əyalətinin Çukurca rayonunda terror əleyhinə əməliyyatda iştirak edən “Kobra” helikopteri saat 6:50 radələrində (Bakı vaxtı ilə) texniki nasazlığa görə qəzaya uğrayıb. Hər iki pilot həlak olub.
Araşdırma aparılır.