Fətullah Gülənin (hal-hazırda ABŞ-da yaşayan islam ictimai xadimi) hərəkatını dəstəkləməkdə və qanunsuz cinayətkar qrupların yaradılmasında ittiham edilən Türkiyə prokurorları Zəkəriyyə Öz və Cəlal Kara Ermənistanda gizlənirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Artvin qubernatoru Kamal Ciritin sözlərinə istinadən Anadolu agentliyi bildirib.
Qubernatorun sözlərinə görə, Öz və Kara bu ərəfədə Gürcüstan ərazisindən istifadə edərək Ermənistanda gizləniblər və hal-hazırda ordadırlar.