Türkiyənin Mardin şəhərinin meri milliyyətcə kürd olan Əhmət Türk Stokholmda keçirilən seminarda ermənilər, assiriyalılar və yezidlərdən 1915-ci ildə törədilmiş “soyqırım”da bəzi kürd tayfalarının əlinin olmasına görə üzr istəyib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, Türk, həmçinin qeyd edib ki, ermənilər, assiriyalılar və yezidlər Kürdistanın əsl sahibidirlər və o, kürdlərə məxsus olduğu kimi onlara da məxsusdur.
Mardin meri bununla yanaşı deyib ki, kürd xalqının 30 ildən çoxdur ki, davam edən azadlıq mübarizəsi – yalnız kürdlərin deyil, Yaxın Şərqin bütün xalqlarının azadlıq mübarizəsidir.