Müğənni Xatirə İslam Space telekanalında qonağı olduğu “Günaydın” verilişində əsəbiləşib.
Oxu.Az xəbər verir ki, aparıcı Vüsalə Kərimovanın “Saytlarda yazıblar ki, Xatirə İslam və Rüfət Axundov eşq yaşayır” sözləri sənətçini özündən çıxarıb.
Rüfəti öz doğma qardaşından ayırmadığını deyən müğənni “Heç kim çörəyi qulağının arxasına yemir. Məni belə mövzulu verilişlərə çağırmayın” söyləyərək studiyanı tərk edib.