Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində yerli müdafiə sənayesinin istehsalı olan “Atmaca” gəmi əleyhinə raketin sınaqlarının uğurla başa çatdığını bildirib.
“Vətənimizin polad qılıncı, gəmi əleyhinə raket “Atmaca” hərbi arsenala daxil olunmasından əvvəl bu gün son sınağı zamanı ilk dəfə gəmi şəklində hədəfi tam dəqiqliklə vurdu. Silahlı Qüvvələrimizə və Donanmamıza xeyirli, uğurlu olsun”, - yazaraq, dövlət başçısı qeyd edib.
Türkiyə Prezidenti həmçinin raketin müvəffəqiyyətli sınağını əks etdirən videonu da paylaşıb.
Mavi Vatanımızın Çelik Kılıcı ATMACA Gemisavar Füzemiz, bugün envantere girişi öncesi gerçekleştirilen son test atışında ilk kez bir gemi hedefini tam isabetle vurmayı başardı. 🇹🇷
— Recep Tayyip Erdoğan (@RTErdogan) June 18, 2021
Türk Silahlı Kuvvetlerimize ve Donanmamıza hayırlı, uğurlu olsun. pic.twitter.com/XVPXhTGgTI