Turkiyənin baş naziri Əhməd Davudoğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana Nazirlər Kabinetinin istefası barədə ərizə verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyası məlumat yayıb.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlu tərəfindən təqdim edilən Nazirlər Kabinetinin istefası barədə ərizəni qəbul edib. Prezident Nazirlər Kabinetinə görülən işlərə görə minnətdarlığını bildirib və Əhməd Davudoğludan yeni hökümətin formalaşmasına qədər baş nazir vəzifəsini icra etməyi xahiş edib”,- ölkə prezidentinin rəsmi səhifəsində yayılan məlumatda bildirilir.
Qeyd edək ki, bazar günü keçirilən seçkilərin nəticələrinə əsasən Türkiyənin baş naziri Əhməd Davudoğlunun “Ədalət və İnkişaf Partiyası” iqtidar partiyası statusundan məhrum olub.