Türkiyə ilk elektriklə çalışan avtomobilini təqdim edib.
“Haberglobal” xəbər verir ki, təqdimat prosesi Türkiyənin Gebze şəhərində keçirilib.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Qeyd edək ki, avtomobilə “Türkiyənin avtomobili” adı verilib.
