Türkiyə polisi Pasxa zamanı İŞİD terror qruplaşması tərəfindən kilsələrdə və sinaqoqlarda törədilə biləcək terror aktları ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə polisin dərc etdiyi xəbərdarlıqda bildirilir.
Xatırladaq ki, polis bir müddət əvvəl İstanbulda törədilən terror aktına görə məsuliyyəti İŞİD qruplaşmasının üzərinə qoyub.