Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün ardıcıl şəkildə səylər göstərir.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
“Qarabağ məsələsinə gəlincə, əlbəttə, bu cür münaqişələrdə hər-hansı tərəfin sərt mövqe barədə bəyanatlar verməsi, xüsusən də, gücdən istifadə edilməklə kömək etməyə hazır olması barədə bəyanatlar verməsi, heç cür irəliləyişə imkan yaratmır”, - deyə Peskov bildirib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət hələlik irəliləyişlə xarakterizə olunmur. Rusiya prosesdə, asta da olsa, irəliləməyə nail olunması üçün qrupla birgə (Minsk Qrupu-red.) ardıcıl şəkildə səylər göstərir. Hələlik öyünmək üçün heç nə yoxdur, lakin yeganə çıxış yolu odur ki, “beşlik” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratsın”, - deyə o əlavə edib.