Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və prezidentin iqtisadi siyasət idarə heyətinin üzvü Yiğit Bulut vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Daxili İşlər Komitəsinin sədri Süleyman Soylu özünün "X" hesabında paylaşım edib.
O qeyd edib ki, 53 yaşlı Y.Bulut uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Məlumat üçün əlavə edək ki, Yiğit Bulut 2014-cü il avqustun 30-da prezidentin baş müşaviri vəzifəsinə gətirilib. O, həmçinin prezident yanında fəaliyyət göstərən İqtisadi Siyasət Şurasının üzvü idi.
Cumhurbaşkanı Başdanışmanımız, Ekonomi Politikaları Kurulu Üyesi, gazeteci-yazar ve ekonomist kıymetli dostum Yiğit Bulut, geçirdiği elim bir hastalığın ardından bu sabah Hakk’ın rahmetine kavuşmuştur.
— Süleyman Soylu (@suleymansoylu) July 11, 2025
Kederli ailesine, yakınlarına ve sevenlerine başsağlığı diliyorum.
Allah…